EN

Suriyanın mərkəzində partlayış oldu, 7 nəfər öldü

Suriyanın mərkəzində yerləşən Həma əyalətində baş verən partlayış nəticəsində azı 7 nəfər ölüb.

Viral.az xəbər verir ki, bu barədə “Əl-İxbariya” telekanalı məlumat yayıb.

Yerdəki mənbələrin məlumatına görə, insident nəticəsində daha bir neçə nəfər xəsarət alıb. Onların sayı barədə hələlik dəqiq məlumat yoxdur.

Son Yazılar:

SANA agentliyi öz növbəsində əyalətin eyniadlı inzibati mərkəzinin şimal-şərq kənarında yanacaq çəninin partladığını bildirib. Xilasedicilər və həkimlər artıq hadisə yerinə yollanır.

Chosen
28
9
viral.az

10Sources