EN

"Nitsa" yeni mövsüm üçün ev formasını təqdim edib - FOTOLAR

Fransanın "Nitsa" klubu 2025/2026 mövsümündə istifadə edəcəyi yeni ev formasını ictimaiyyətə təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, klub sosial şəbəkə hesablarında formanın təqdimatını “Rivyerada üslub, qırmızı və qara isə ruhumuzdadır” şüarı ilə paylaşıb.

Ənənəvi qırmızı-qara rənglərdə hazırlanan forma azarkeşlər tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, "Nitsa" geridə qalan 2024/2025 mövsümünü Fransa Liqa 1-in 4-cü pilləsində başa vurub. Komanda 34 turda 60 xal toplayaraq Avropa yarışlarına vəsiqə qazanıb. Liqanın çempionu isə 84 xalla  PSJ olub.

Yeni mövsümdə "Nitsa" ilk oyununu 17 avqust tarixində "Tuluza"ya qarşı evdə keçirəcək.

Chosen
24
90deqiqe.az

1Sources