EN

® “Bir” ekosistem ölkənin ən böyük e-ticarət platforması “Birmarket” ilə daha da güclənir

Qafqaz regionunun ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan “Bir” ekosistemin mühüm parçası olan aparıcı onlayn alış-veriş platforması “Umico” rebrendinq edərək müştərilərinə “Birmarket” adı ilə xidmət göstərir. 2 milyondan çox müştərinin etibar etdiyi “Birmarket” elektronika, məişət texnikası, şəxsi qulluq vasitələri, gözəllik məhsulları, ev əşyaları, istirahət və əyləncə də daxil olmaqla onlarla kateqoriyada minlərlə məhsul çeşidi təklif edir.

Platforma təkcə məhsul çeşidinin zənginliyi ilə deyil, həm də təqdim etdiyi rahatlıq və əlçatanlıqla seçilir. Müştərilər sifarişlərini ya kuryer vasitəsilə birbaşa ünvanlarında, ya da ölkə üzrə fəaliyyət göstərən 850-dən çox “Al-apar” təhvil məntəqəsindən əldə edə bilərlər. 24 ayadək hissə-hissə ödəmə, taksit və yerində kredit imkanları isə istifadəçilərə arzuladıqları məhsullara asanlıqla sahib olmaq üçün sərhədsiz alış-veriş fürsəti yaradır. Qeyd edək ki, rebrendinq çərçivəsində 1 iyul 2025-ci il tarixindən etibarən “Umico” mobil tətbiqi mərhələli şəkildə “Birmarket” tətbiqinə çevrilir. İstifadəçilər sadəcə tətbiqi yeniləməklə mövcud hesablar, sifarişlər və bonus proqramlarından heç bir dəyişiklik olmadan istifadə etməyə davam edə bilərlər.

“Bir” ekosistemin baş icraçı direktoru Fərid Məmmədov bu inkişaf mərhələsi ilə bağlı qeyd edib: “Ölkənin ilk onlayn alış-veriş platforması kimi “Umico” bizim üçün möhkəm bir başlanğıc idi. Lakin qısa zamanda biz yalnız böyümədik, dəyişdik, inkişaf etdik və ölkəmizin müştəri təcrübəsindəki dəyər zəncirinin əsas hissəsinə çevrildik. “Umico” – indiki adı ilə “Birmarket” bu dəyişimin və inkişafın əsas komponentlərindəndir. “Birmarket” təkcə alış-veriş platforması deyil, insanların gündəlik həyatına dəyər qatan, alış-verişi, bonus imkanlarını və bir çox xidməti bir araya gətirən vahid təcrübədir”.

“Bir” ekosistem “Birbank”, “Birmarket”, m10 və MilliÖn kimi ölkənin aparıcı brendlərini bir çətir altında birləşdirir. Eyni zamanda, ekosistem “Trendyol Azərbaycan” və BakıKart kimi strateji tərəfdaşlarla əməkdaşlıq edərək həm təsir dairəsini genişləndirir, həm də müştəri təcrübəsini zənginləşdirir. Bu inteqrasiya sayəsində müştərilər partnyor şəbəkəsində və ictimai nəqliyyatda QR ödənişlərdən, “Birmarket”də “Birbank” vasitəsilə kreditli alış-verişdən, “Trendyol Azərbaycan”da “Birbank” taksit kartları ilə ödənişlərdən, vahid bonus proqramından və bir çox digər yenilikçi həllərdən faydalanırlar. Bütün bu imkanlar ekosistemin dörd əsas konsepti – Vahid giriş, Vahid bonus, Vahid ödəniş və Vahid kredit platforması üzərində qurularaq müştərilərə sürətli, rahat, sərfəli və təhlükəsiz xidmət təqdim edir.

Chosen
12
26
azertag.az

10Sources