Samux rayonu Burunqovaq kəndində 88 yaşlı qadını qətlə yetirməkdə şübhəli şəxs müəyyən olunub.
“Qafqazinfo”nun məlumatına görə, iyunun 29-da Yahuzə Bəkirovanı qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 38 yaşlı Arzu Alıyevi polis əməkdaşları hadisədə şübhəli olduğuna görə aparıblar.
Qeyd edək ki, qadının meyiti ona məxsus yandırılmış evdə aşkarlanıb.