EN

Maksim Medvedev “Qarabağ”a baş məşqçi təyin edildi

Futbol üzrə Azərbaycan millisinin keçmiş müdafiəçisi Maksim Medvedev “Qarabağ”ın əvəzedici komandasına baş məşqçi təyin edilib.

Arena.az bu barədə Ağdam təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Rəhbərlik Maksimin uzun müddət kluba göstərdiyi xidməti və son bir ildə U-14 komandasında məşqçi kimi fəaliyyətini nəzərə alaraq, əvəzedici komandanın baş məşqçisi vəzifəsinə təyin etmək qərarına gəlib.

Futbolçu karyerasını bütünlüklə “Qarabağ”a həsr etmiş 35 yaşlı mütəxəssis son bir ili U-14 komandasının məşqçisi kimi keçirib.

Xatırladaq ki, “Qarabağ” akademiyasının yetirməsi olan Maksim Medvedev 2006-2024-cü illərdə əsas komandanın formasını geyinib. O, “Qarabağ”ın heyətində ən çox oyun keçirən futbolçudur.

Chosen
3
50
arena.az

10Sources