“KİV-də guya Azərbaycan məktəblərində rus dilində tədrisin dayandırılması planları ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil”.
Ulusal.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Azərbaycan Təhsil Nazirliyi bu məlumatı təkzib edib. Biz vəziyyəti diqqətlə izləyirik və bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daim əlaqə saxlayırıq”, – deyə o əlavə edib.
Qeyd edək ki, ötən gün Azərbaycanda rusdilli məktəblərin mərhələli şəkildə bağlanacağı ilə bağlı xəbər yayılıb. Bu gün isə sosial şəbəkələrdə 2025-2026-cı tədris ilindən etibarən ali təhsil müəssisələrində də rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı haqda məlumatlar yayılıb.
Sonuncu məlumatı Elm və Təhsil Nazirliyi nə təkzib, nə də təsdiq edib.