Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlamada İsrailin davam edən hücumlarında ölən və yaralananlarla bağlı son məlumatları paylaşıb.
Operativ Media xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
İsrailin 7 oktyabr 2023-cü il tarixindən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda həyatını itirənlərin sayının 57 min 12 nəfərə, yaralı sayının isə 134 min 592 nəfərə yüksəldiyi bildirilib.