EN

Nümayişçilər Belqradda yenidən yolları bağlayıblar

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Belqrad, 2 iyul, AZƏRTAC

Serbiyadakı aksiyalar fonunda paytaxt Belqradda yollara barrikadalar qurulub, vətəndaşlar prospektləri və küçələri bağlayıblar.

AZƏRTAC xəbər verir ki, paytaxt Belqradın mərkəzində, o cümlədən bəzi bölgələrdə vətəndaşlar zaman-zaman küçələri bağlamağa davam ediblər.

Serbiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları ötən gecə ümumilikdə 976 nəfərin şəxsiyyətini yoxlayıb, 72 nəfər isə polis idarələrinə gətirilib. Onlardan 64-ü ağır cinayətlər törətdiklərinə, 8 nəfər isə öz hərəkətləri ilə cinayət əməlləri törətməkdə şübhəli bilinərək istintaqa cəlb ediliblər.

Nazirliyin məlumatına görə, ötən 24 saat ərzində ölkə üzrə 117 dövlət tərəfindən icazə verilməyən ictimai toplantı və 87 nəqliyyat blokadası keçirilib. Belqrad şəhəri ərazisində 71 toplanma yerində 68 yol blokadası qeydə alınıb. Ölkə üzrə, o cümlədən Belqrad ərazisindəki blokadaların əksəriyyəti götürülüb. Zemun, Niş, Novi Sad və Valyevoda ictimai asayişi pozduqlarına və cinayət törətdiklərinə görə müəyyən sayda şəxs saxlanılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
14
azertag.az

1Sources