EN

Rusiyadan Azərbaycanda rus məktəblərinin bağlanmasına REAKSİYA

“Azərbaycanda rusdilli məktəblərin bağlanmasının nəzərdə tutulduğu haqda xəbərlər görmüşdük”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.

“Bir müddət sonra Elm və Təhsil Nazirliyi bu məlumatı təkzib etdi, biz vəziyyəti diqqətlə izləyirik və bu məsələ ilə bağlı Azərbaycan tərəfi ilə daimi əlaqə saxlayırıq. Hesab edirəm ki, azərbaycanlı həmkarlarımız bu təkzibi vaxtında edib”.

“Lukoyl” şirkətlər qrupunun “Ural” İstehsalat Birliyinin rəhbəri Əhməd Hacıyevin saxlanmasına gəlincə, Zaxarova əmin edib ki, “Lukoyl”un belə bir filialı belə yoxdur və bu vəzifəyə heç kim təyin olunmur.

Chosen
26
41
cebheinfo.az

10Sources