EN

Zəngilana köçürülən sakinlərdən 360-dək şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndinə köçürülən sakinlərdən 359 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, onlardan 322 şəxsin rayon ərazisində məşğulluğu təmin edilib (o cümlədən, rayona köçürülmüş sakinlərdən 27 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 37 sakin isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və hansı məşğulluq proqramına cəlb olunacaqları müəyyən edilir.

Chosen
38
27
vergiler.az

10Sources