EN

Türkiyədə yenidən zəlzələ oldu

Türkiyənin Bursa vilayətində yerləşən Gemlik rayonunda 4,3 bal gücündə zəlzələ baş verib.


Manset.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Yeraltı təkanların episentri Bursanın Gemlik rayonu olub. Zəlzələnin ocağı 12,91 kilometr dərinlikdə yerləşib.

Qeyd edək ki, dünən də eyni bölgədə 4 bal gücündə iki zəlzələ baş vermişdi.

Bu gün baş verən zəlzələ İstanbul da daxil olmaqla bir sıra ətraf şəhərlərdə də hiss olunub. Zəlzələni hiss edən sakinlər arasında qısamüddətli panika müşahidə olunub.

Hazırda hər hansı dağıntı və ya xəsarət barədə rəsmi məlumat verilməyib.

Chosen
26
50
manset.az

10Sources