EN

Laçında "Dayanıqlı İnkişafda Qadınların Rolu" mövzusunda panel sessiya keçirilib (FOTO)

Laçın. Trend:

Laçında keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) QadınlarForumu çərçivəsində "Dayanıqlı İnkişafda Qadınların Rolu"mövzusunda panel sessiya keçirilib.

Trend-in Laçınaezam olunmuş əməkdaşı xəbər verir ki, ECO Təmiz Enerji Mərkəzininmüvəqqəti icraçı direktoru Aysel Yaqubovanın moderatorluğu ilə baştutub.

Panel sessiya "İƏT ölkələrində qadınların rəhbərlik etdiyi yaşılbiznesləri gücləndirmək üçün hansı iqtisadi alətlər dahaeffektivdir?", "Rəqəmsal inklüzivlik və innovasiyalar birgəəməkdaşlıqla necə sürətləndirilə bilər?" və s. suallara həsredilib.

Sessiyada Qırğıstan Əmək, Sosial Müdafiə və Miqrasiya nazirininmüavini Aliza Soltonbekova, Türkiyə Ailə və Sosial Xidmətlərnazirinin müavini Ləman Yenigün, Azərbaycan Kənd Təsərrüfatınazirinin müavini İlhamə Qədimova, Iran Xarici İşlər NazirliyininİƏT və çoxşaxəli iqtisadi əməkdaşlıq məsələləri üzrədepartamentinin direktoru Behzad Azars, ECO-nun Elm Fondununrəhbəri Seyid Komail Təyyibi, BMT Sənaye İnkişafı Təşkilatının(UNIDO) Sənaye İnkişafı üzrə mütəxəssisi Tatyana Çernyavskaya çıxışediblər.

Çıxış edən İran Xarici İşlər Nazirliyin İƏT və çoxşaxəliiqtisadi əməkdaşlıq məsələləri üzrə departamentinin direktoruBehzad Azara İranın İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) üzvlərininqadınlarının iştirak etdiyi yüksək səviyyəli görüşə ev sahibliyietmək istədiyini deyib. O həmçinin təklif edib ki, İƏT-in qadınlarüçün yaşıl fondu yaradılsın:

"Bununla bərabər, qadınların irəli sürdüyü layihələrə maliyyədəstəyi üçün də ayrıca fond yaradılmasını istəyirik.

Hesab edirik ki, qadınların dəstəklənməsi vətəndaşcəmiyyətlərinin inkişafına töhfə verəcək".

İƏT Elm Fondunun rəhbəri Seyid Komail Təyyibi Fondun sahibkarqadınlara qrantların verilməsini təklif etdiyini bildirib:

"Hazırda təşkilatın "yaşıl elm" proqramı mövcuddur. Buiqtisadiyyatın yaşıl sahələrinə diqqət ayrılmasını önə çəkir. Elmvə innovasiyaların təşviqində ECO öndədir və təşkilatın prioritetibundan sonra da belə olacaq".

Azərbaycan Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimovaisə Azərbaycanın kənd təsərrüfatının inkişafı ilə bağlınailiyyətlərindən danışıb.

O bildirib ki, ağıllı idarəetmə, yaşıl infrastruktur və davamlıdolanışıq prinsipləri əsasında qurulan Zəngilan rayonu Ağalı kəndiazad edilmiş ərazilərdə rəqəmsal əlaqəyə malik fermerlərin və geriqayıdanların ilk nəslinin evidir:

"Ağalı qadınları və gəncləri indi iqlimə davamlılıq vəinnovasiya üçün nəzərdə tutulmuş icmada günəş enerjisi ilə işləyənsuvarma, rəqəmsal torpaq sensorları və e-hökumət giriş nöqtələriilə təchiz olunmuş təsərrüfatları idarə edirlər.

Azərbaycan gender bərabərliyini, davamlılığı və iqlim ədalətininəzəri cəhətdən deyil, real insanların həyatında inkişaf etdirməyəsadiqdir".

Panel sessiya açıq müzakirə və sual-cavab sessiyası ilə davamedib.

Laçında
Laçında
Laçında
Laçında
Laçında
Laçında
Laçında
Chosen
27
2
az.trend.az

2Sources