EN

Amerikalı diplomat Ukrayna XİN-ə çağırıldı - SƏBƏB

Hurriyyet.az xəbər verir ki, Vaşinqtonun Kiyevə bir sıra silahların (o cümlədən "Patriot" HHM sistemləri üçün raketlərin) tədarükünü dayandırmasından sonra ABŞ-nin müvəqqəti işlər vəkili Cona Qinkel Ukrayna Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə Nazirliyin saytında məlumat verilib.

Məlumatda deyillir: "Amerika diplomatı ilə söhbətin əsas mövzusu ABŞ-nin hərbi yardımı və iki ölkənin müdafiə sahəsində əməkdaşlığı məsələləri olub. Ukrayna tərəfi bildirib ki, Ukraynanın müdafiə imkanlarının dəstəklənməsi ilə bağlı hansısa ləngimə və yaxud da dayandırılma yalnız müharibənin davamını təhrik edir, sülh axtarışına aparmır".

Bir qədər əvvəl "Nyu-York Tayms" nəşri mənbələrə istinadla Vaşinqtonun Kiyevə "Patriot" HHM sistemləri üçün raketlərin, GMLRS yüksək dəqiqlikli silahların, "Hellfire" idarəolunan raketlərin, "Stinger" mobil raket komplekslərinin verilməsini dayandıracağını xəbər vermişdi.

"Politiko" nəşri mənbələrə istinadla qeyd edib ki, Ukraynaya tədarüklərin dayandırılması qərarının səbəbi ABŞ Müdafiə Nazirliyinin anbarlarındakı silah-sursatın kritik həddə qədər azalmasıdır.

Hürr Tərcüman

Chosen
171
34
hurriyyet.az

10Sources