Bakı. Trend:
Türkiyənin Bursa vilayətində növbəti güclü zəlzələ başverib.
Trend bu barədəTürkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyinə (AFAD)istinadən xəbər verir.
Agentliyin məlumatına görə, yerli vaxtla 13:57-də qeydə alınanyeraltı təkan 4,3 bal gücündə olub.
Zəlzələnin episentri Bursanın Gemlik rayonu olub, yeraltı ocağıisə 12,9 kilometr dərinlikdə olub.
İlkin məlumata görə, zəlzələ dağıntıya səbəb olmayıb,zərərçəkənlər barədə məlumat yoxdur.
Yeraltı təkanın İstanbulda belə hiss olunduğu deyilir.