EN

Aleksandr Lyakazett Səudiyyə Ərəbistanına üz tutdu

34 yaşlı fransalı mərkəz hücumçusu Aleksandr Lyakazett azad agent qismində Səudiyyə Ərəbistanı təmsilçisi “Neom”a qoşulub.

Arena.az bu barədə “Neom”un mətbuat xidmətinə istiadən məlumat verir.

Fransalı hücumçu ərəb klubu ilə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. Keçid Lion “Olimpik”indən azad agent qismində gerçəkləşib.

Aleksandr Lyakazett Lion “Olimpik”inin məzunudur və karyerası ərzində “uşaqlar”dan başqa yalnız “Arsenal” üçün oynayıb.

2024/2025-ci illər mövsümündə Lyakazett Lion təmsilçisi üçün 42 oyuna çıxıb, 19 qol və 3 məhsuldar ötürmə ilə fərləqnib.

Lyakazetin “uşaqlar” üçün çıxışının ümumi mənzrərəsi 391 oyun, 201 qol və 55 məhsuldar ötürmədən ibarətdir.

Aleksandr Lyakazett 2013-cü ilin iyun ayında debüt etdiyi Fransa yığmasının heyətində 16 oyuna 3 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

Lyakazett Lion “Olimpik”i və “Arsenal”la müvafiq olaraq Fransa və İngiltərənin kubok və superkubokunu qazanıb.

“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 6 milyon avro məbləğində qiymətləndirir.

Chosen
58
50
arena.az

10Sources