Bakıda və Abşeron yarımadasında iyulun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə +19 dərəcədən +22 dərəcəyədək, gündüz +26 dərəcədən +29 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-70 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə +19 dərəcədən +23 dərəcəyədək, gündüz +28 dərəcədən +33 dərəcəyədək, dağlarda gecə +6 dərəcədən +11 dərəcəyədək, gündüz +13 dərəcədən +18 dərəcəyədək olacaq.