EN

Azərbaycanlılar daha çox hansı ölkələrdə məskunlaşıb? - ARAŞDIRMA

Dünyada yaşayan azərbaycanlıların ümumi sayı 50 milyonu keçib. Bu 50 milyonluq etnik azərbaycanlının yalnız təxminən 10 milyonu Azərbaycan Respublikasında yaşayır. Qalanları isə dünyanın müxtəlif ölkələrinə yayılaraq diaspor icmaları şəklində təşkilatlanıb.

 

Sfera.az rəsmi mənbələrə əsaslanaraq xəbər verir ki, XX əsrin əvvəllərinə qədər respublikadan xaricə mühacirət edən soydaşlarımızın şəxsiyyət vəsiqələrində "rus təbəəsi" yazılması onların milliyyətinin də  "rus"  kimi təqdim edilməsi ilə nəticələnmişdir. 


O dövrlərdə qonşu Rusiyaya köçən azərbaycanlılar "tatar", Türkiyədə məskunlaşanlar isə "Azərbaycan türkü" kimi tanınır və qeydə alınırdı. Müasir İran ərazisində yaşayan  soydaşlarımızın isə "İran təbəəsi" kimi təqdimatı prosesi gedirdi.

 

Belə arzuolunmaz vəziyyət xarici ölkələrdə yaşayan azərbaycanlıların rus, türk və fars diasporlarının tərkib hissəsi kimi qəbul edilməsinə səbəb olmuş, nəticədə soydaşlarımız başqa xalqların diasporları içərisində assimilyasiya olunmaq təhlükəsi ilə üzləşmişdilər. 


Lakin problemlərə və çətiniklərə baxmayaraq, azərbaycanlılar hər zaman öz milli mənsubiyyətini, adət-ənənələrini, mənəvi-əxlaqi dəyərlərini qayğı ilə qoruyub saxlamış, tarixi Vətənlə əlaqələrini itirməyiblər. Bu gün dünyanın müxtəlif ölkələrində diasporumuzun mövcudluğu da məhz bu amillə bağlıdır.

 

Azərbaycanlıların ən çox yaşadığı ölkələrdən birincisi İrandır.

 

İranda nə qədər soydaşımızın yaşadığı geniş müzakirə və mübahisə mövzusu olsa da, əksər beynəlxalq araşdırmalar bu sayın 35 milyon civarında olduğunu bildirirlər. İkinci sırada isə, Türkiyədir. 3.3 milyon azərbaycanlı əhali qonşu Türkiyədə yaşayır.

 

Azərbaycanlılar Amerika qitəsinin Şimal, Mərkəzi və Cənub hissəsində daha çox məskunlaşmışlar. Onların sayı Birləşmiş Ştatlarda 1 milyona, Argentinada 12 minə, Braziliyada 75 minə, Kanadada 175 minə, Meksikada isə 27 minə çatır.

 

Amerika qitəsi ölkələrində Honduras, Qvatemala, Peru və digərlərində də soydaşlarımız məskunlaşmışlar. Hazırda onların sayı dəqiqləşdirilir. Amerika qitəsində məskunlaşan azərbaycanlıların əksəriyyəti İrandan miqrasiya etmiş soydaşlarımızdır.

 

 

Azərbaycan diasporunun üçüncü böyük hissəsi Asiya qitəsində məskunlaşıb.

 

Onların sayı Banqladeşdə, Hindistan, Əfqanıstan, Pakistan, İordaniya və Orta Asiya respublikalarında yüz minlərlə, İndoneziya, Çin, Birləşmiş Ərəb Əmirliklərində, Oman, Səudiyyə Ərəbistanı və Suriyada on minlərlə, İraqda isə təqribən bir milyona çatır.

 


Digər ölkələrə gəlincə:

 


Rusiya – 3 milyona yaxın
Gürcüstan – 600 min
Almaniya – 300 min
Ukrayna – 500 min
Fransa – 70–75 min
Qazaxıstan – 90 min
Türkmənistan – 54 min
Özbəkistan – 60 min
İsveç – 30 min
Çin – 30 min
Qırğızıstan – 17,2 min
Böyük Britaniya – 20 min
Niderland – 20 min
Baltikyanı ölkələr (Latviya, Litva, Estoniya) – ümumilikdə 10 min nəfərdən az

 

Bəsti Rəfizadə
Sfera.az

 

Chosen
23
28
sfera.az

10Sources