Çexiyanın paytaxtı Praqada Avropa Gimnastikasının (EG) Konqresi keçiriləcək.
"Football-plus.az" xəbər verir ki, seçkili vəzifələrə namizədlərin müraciəti üçün son tarix artıq başa çatıb və qurum onların tam siyahısını açıqlayıb.
EG prezidenti, gənclər və idman naziri Fərid Qayıbov üçüncü müddətə namizəd olacaq. Bu vəzifəyə daha bir iddialı xorvat Mario Vukoyadı. Noyabrın 29-da keçiriləcək Konqresdə EG-nin yeni rəhbər heyəti, həmçinin İcraiyyə Komitəsi və texniki komitələrin üzvləri seçiləcək.