EN

Danimarkada qadınlar da hərbi xidmətə cəlb ediləcək


Danimarkada qadınların yetkinlik yaşına (18 yaş) çatdıqdan sonra icbari hərbi xidmət sisteminə daxil edilməsini nəzərdə tutan qanun qüvvəyə minib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.   
Məlumata görə, qanuna əsasən yetkinlik yaşına çatmış qadınlar da kişilərlə eyni əsasda hərbi xidmətə cəlb edilə biləcəklər.
Yeni qanunda icbari hərbi xidmət müddəti 4 aydan 11 aya çatdırılacaq. Çağırışçılar ilk 5 ay ilkin hərbi hazırlıq keçəcək, sonrakı 6 ayda isə əməliyyat təlimlərində iştirak edəcəklər.
6 milyon əhalisi olan Danimarkada hazırda 9000 peşəkar əsgər var. Ölkə 2033-cü ilə qədər hər il 6500 yeni əsgəri orduya çağırmağı planlaşdırır.
Digər tərəfdən, bu addımla Danimarka qadınları icbari hərbi xidmət sisteminə daxil edən üçüncü Skandinaviya ölkəsi olub. 2013-cü ildə Norveç, 2017-ci ildə isə İsveç qadınları icbari hərbi xidmət sisteminə daxil edib.
Qeyd edək ki, ölkədə qüvvədə olan qanuna görə, 18 yaşdan yuxarı kişilər üçün hərbi xidmət icbaridir. Lakin könüllülərin sayı kifayət qədər olduğu üçün bütün kişilər orduya çağırılmır və seçim püşkatma yolu ilə həyata keçirilir.
Chosen
15
yeniavaz.com

1Sources