EN

“Rusiyanın gündə 400-500 “Şahed”dən istifadə etməsi real deyil” - Budanov

Rusiyanın Ukraynaya qarşı hər gün 400-500 hücum dronundan istifadə etməsi real deyil.

Herbiand.az bildirir ki, bunu Novosti.LIVE-a şərhində Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov deyib.

“Rusiyanın tezliklə gündəlik 400-500 “Şahed” buraxa biləcəyini gözləmək olarmı” sualına cavabında deyib: “Hər gün 400-500 etmək qeyri-realdır. Hesab edirəm ki, onların bunu vaxtaşırı etmək üçün imkanları var. Onlar həqiqətən bir atışda 500-ə qədər hücum PUA-nı işə sala bilərlər”.

Budanov həmçinin təsdiq edib ki, ruslar öz pilotsuz təyyarələrini təkmilləşdirirlər.

Bəxtiyar CƏFƏRLİ

Chosen
14
50
herbiand.az

10Sources