EN

Rusiyada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka yarımadasında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az milli.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Seysmoloqlar bildiriblər ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatski şəhərindən 51 km məsafədə, Avaça körfəzi ərazisində yerləşib. Yeraltı təkanların hiposentri isə 88 km-dən çox dərinlikdə olub.

Xilasetmə xidmətlərinin verdiyi məlumata görə, yeraltı təkanlar şəhərin bəzi ərazilərində 3 bala qədər hiss olunub.

İlkin məlumatlara əsasən, ölən və yaralanan yoxdur.


Chosen
22
8
news24.az

10Sources