EN

Gözəl görünüşünə aldanmayın: Qarpız alarkən bunlara diqqət etməliyik RƏY

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib".

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

"Onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar. Ölüm halı qeydə alınmayıb", - deyə o bildirib.

Mövzu ilə bağlı fikirlərini bölüşən qida eksperti Fərid Səfərov ''Sherg.az"a söyləyib ki, qarpız yay fəslində çox sevilən və bol istehlak olunan meyvədir:

“Ancaq bəzi hallarda düzgün saxlanılmadıqda, keyfiyyətsiz və ya vaxtından əvvəl yetişdirildikdə, zəhərlənmə riski yarada bilər. Artıq bir neçə nəfərin qarpızdan zəhərlənməsi bu məsələyə ciddi yanaşmağı tələb edir”.

Ekspert qarpızdan zəhərlənməyə səbəb ola biləcək əsas riskləri və ilkin yardım qaydalarını açıqlayıb: 

"1. Vaxtından əvvəl yığılan və yetişdirilən qarpızlar.

- Süni yollarla tez yetişdirilən qarpızlarda (məsələn, karbamid, azot tərkibli gübrələr və ya kimyəvi maddələr) nitrat səviyyəsi yüksək ola bilər.

- Nitrat orqanizmdə nitritə çevrilir və zəhərlənməyə səbəb olur.

2. Çatlamış və ya qabığı zədələnmiş qarpızlar.

- Bakteriyalar (xüsusən Salmonella) bu çatlar vasitəsilə daxilə keçərək çoxala bilər.

3. Kəsilmiş qarpızların açıq havada saxlanması.

- Bazarlarda və marketlərdə kəsilmiş vəziyyətdə, üzəri örtülmədən saxlanan qarpızlar bakteriyalara yoluxa bilər.

4. Soyuq zəncirin pozulması.

- Soyuq şəraitdə saxlanmalı olan qarpızların gün altında və isti şəraitdə qalması mikroorqanizmlərin çoxalmasına şərait yaradır".

Ekspert Qarpızdan zəhərləndiyimizi necə bilmək olar? sualını da cavabladırıb:

"Zəhərlənmə zamanı yaranan simptomlar ürəkbulanma, qusma, qarın ağrısı və qaz, ishal, baş ağrısı, bədən temperaturunun yüksəlməsi, halsızlıq, başgicəllənmə. Uşaqlarda və yaşlılarda susuzlaşma əlamətləri daha tez görünə bilər".

Fərid Səfərovun sözlərinə görə belə bir hal baş verəndə biz ev şəraitində ilkin yardım kimi bunları edə bilərik:

"İlk öncə bol maye verin. Zəhərlənən şəxsə su, duz-şəkər məhlulu və ya rehidratasiya tozları içirdin. Bu, orqanizmin susuzlaşmasının qarşısını alır. Qusma varsa, məcbur etməyin. Çünki qusma bədən üçün bir müdafiə refleksidir. Ancaq insan çox halsızdırsa və ya qusma kəsilmirsə, tibbi yardım zəruridir. Əgər ishal varsa, dərhal dərman verməyin. İshal bədənin toksinləri atma üsuludur. Onu dərhal kəsməyə çalışmaq zərərlidir. Əsas məqsəd maye balansını qorumaqdır. Həmçinin zəhərlənmənin ilk 1–2 saatı içərisindədirsə, aktiv kömür toksinlərin sorulmasını azalda bilər. Amma dozaya diqqət edilməlidir. Digər tərəfdən qarpızdan artıq yemə varsa, bu barədə həkimə məlumat verin. Bəzən dozaya bağlı toksik təsirlər ciddi ola bilər. Qusma və ishal 24 saatdan çox davam edirsə, uşaqlarda, yaşlılarda və ya xroniki xəstəliyi olanlarda simptomlar ağır gedirsə, bədəndə göyərmə, huşun itməsi və ya sidik ifrazının azalması baş verirsə dərhal tibbi yardım çağırmaq vacibdir".

Ekspertin qeyd edib ki, mövsümündən əvvəl bol "dərmanlı" gözəl görünüşlü qarpızları almayın:

“Qarpız alanda diqqət edin ki, qabığı bütöv, çatlamamış və ləkəsiz olsun. Təbii yetişmiş qarpızlar yumşaq səs verir və quyruğu qurumuş olur. Kəsilmiş qarpız almayın, xüsusilə açıq hava şəraitində saxlanılıbsa almayın. Evə gətirdikdən sonra sərin yerdə saxlayın, kəsdikdən sonra isə soyuducuda 1 gündən artıq saxlamayın”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
3
sherg.az

10Sources