ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
"Rusiyanın əməliyyat axtarış qurumlarının əməkdaşları tərəfindən ən azı 14 nəfərin saxlanması, saxlanılan şəxslərdən 2 nəfər istisna olmaqla 12 nəfərin Azərbaycan vətəndaşı olması, onlardan ən azı 7 nəfərə qarşı fiziki zorakılıq və işgəncələtin tətbiqi müəyyən edilib".
"Cebheinfo.az" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.
O bildirib ki, həmin şəxslərdən 2 nəfər dünyasını dəyişib, iki nəfərin Yekaterinburqda yerləşən xəstəxanalarda müalicəsi davam etdirilir, 1 nəfər Azərbaycana qayıdıb:
"Müstəntiqlərimiz tərəfindən onun barəsində tibbi ekspertiza təyin olunub. Rusiyada saxlanılanlardan 2 nəfər barəsində həbs qətiimkan tədbiri seçilib, 1-i isə buraxılıb".
"Cebheinfo.az"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.