EN

Makron Putinə niyə zəng edib? VİDEO

ain.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, Fransanın “Le Parisien” nəşri belə məlumat yayıb. “Bu telefon zəngi istənilən halda Avropa diplomatiyasının, xüsusən də Almaniya, Fransa və Britaniya üçlüyünün bu məsələyə nəzarəti özünə qaytarmaq istəyini nümayiş etdirir”, - qəzet yazır. “Le Parisien” iddia edir ki, dövlət başçıları Yaxın Şərqdəki problemin diplomatik yollarla həlli üçün hərəkətlərin əlaqələndirilməsinin zəruriliyi barədə razılığa gəliblər. Qeyd edək ki, iyulun 1-də Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuel Makronla son üç ildə ilk dəfə telefon danışığı aparıb. İki saatdan çox davam edən danışıq zamanı onlar Ukrayna münaqişəsi və İranın nüvə proqramı ətrafında yaranmış böhranla bağlı fikir mübadiləsi aparıblar. “Bloomberg” agentliyi, öz növbəsində, Makronun Putinlə danışqıdan sonra Ukrayna prezidenti Volodimir Zelesnkiyə zəng etdiyini və münaqişənin həlli ilə bağlı Kremlin mövqeyini çatdırdığını bildirib. - Fransa prezidenti Zelenskiyə deyib ki, Putinin Ukraynada müharibənin dayandırılması ilə bağlı mövqeyi dəyişməyib və o, atəşkəsi rədd etməkdə israrlıdır”, - agentlik vurğulayır. Sahil İsgəndərov

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
23
azvision.az

10Sources