EN

Mədəniyyət Nazirliyi "Zəfərdən qələmə" adlı pyes müsabiqəsi elan edir

Mədəniyyət Nazirliyi “Zəfərdən qələmə” adlı pyes müsabiqəsi elan edir.

Publika.az xəbər verir ki, müsabiqə Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqı tərəfindən keçirilir. Şanlı Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsinin beşinci ildönümü münasibətilə keçirilən müsabiqənin əsas məqsədi yeni bədii əsərlərin yaranmasına stimul verməkdir.

Müsabiqənin şərtləri:

• Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.

• Əsərlər orijinal olmalı, daha əvvəl heç yerdə çap edilməməli və yayımlanmamalıdır.

• Əsərlər Azərbaycan dillində yazılmalıdır.

• Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (telefon nömrəsi və e-poçt) qeyd etməlidir.

Chosen
36
2
publika.az

9Sources