EN

12 günlük müharibənin gözlənilməz sonu: Rusiya-İran strateji tərəfdaşlığı başlamamış bitdi

BAKI, 2 iyul. TELEQRAF

İsrailin İranla 12 günlük müharibəsi təkcə Tehran üçün yox, həm də müttəfiqinin köməyinə gələ bilməyən və bu səbəbdən PUA tədarükçüsünü itirən Rusiya üçün alçaldıcı şəkildə başa çatdı.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Nəşr hesab edir ki, bu, həm Rusiya lideri Vladimir Putinin prioritetlərini, həm də onun xarici siyasət çərçivəsini dərindən təhrif edir.

Mənbə Putinin Rusiyanın Yaxın Şərqdəki hökmranlığını bərpa etmək ambisiyasının iflasa uğradığını vurğulayıb.

“Suriyada Bəşər Əsəd itkisi (Rusiyaya) ciddi zərbə oldu. Onun bu yaxınlarda 20 illik strateji saziş imzalanmış İrana köməyə gələ bilməməsi isə alçaldıcı idi”, - məqalədə qeyd olunub.

Həmçinin “Bloomberg” İsrail-İran müharibəsinin davam edəcəyini proqnozlaşdırıb:

“Təhlükə bir müddət sovuşdu, amma Pentaqon (ABŞ Müdafiə Nazirliyi) təxmin edir ki, müharibə yenidən başlaya bilər”.

Chosen
28
28
teleqraf.com

10Sources