EN

Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək -RƏSMİ

Azərbaycan günahkarların məhkəmə qarşısına çıxarılması üçün bütün hüquqi mexanizmlərdən istifadə edəcək.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

İdarə rəisi Azərbaycan vətəndaşlarının hüquqlarının qorunmasının Konstitusiyaya əsaslandığını xatırladıb:

“Bu hüquqların təmin edilməsi dövlətin ali məqsədidir və Azərbaycan prokurorluğu da buna sadiqdir. Baş prokurorluq bu cinayət işinin araşdırılmasını özünə borc bilir”.

Chosen
17
15
redaktor.az

10Sources