EN

Yeni mövsümdə "el-klasiko"ların vaxtı açıqlandı

La Liqa 2025/26 mövsümünün təqvimini açıqlayıb.

Publika.az xəbər verir ki, yeni mövsümdə ilk "el-klasiko" 10-cu turda, oktyabrın 26-da baş tutacaq. "Real" bu qarşılaşmada "Barselona"nı evdə qəbul edəcək. İkinci görüş isə 35-ci turda, mayın 10-da olacaq.

Xabi Alonsonun baş məşqçisi olduğu Madrid klubu isə mövsümə avqust 17-də "Osasuna"ya qarşı ev oyunu ilə başlayacaq. Hansı Flikin çalışdırdığı "Barselona" isə ilk turda səfərdə "Malyorka" ilə qarşılaşacaq.

Qeyd edək ki, "Real" və "Atletiko" arasında Madrid derbiləri isə 7-ci və 29-cu turlarda keçiriləcək.

Chosen
63
50
publika.az

10Sources