“Bundan, sadəcə, qazanc götürmək istəyənlər çoxdur, amma yanmaqdan özlərini qorusunlar. Çünki düşünürəm ki, bizim üçün, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdiklərini yaxşıca düşünməlidirlər”, - Mariya Zaxarova vurğulayıb.
![]() |
Moskva kənar qüvvələri ittiham edir| VİDEO |
Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müaviniAleksey Çepa isə, “News.ru” nəşrinə müsahibəsində MoskvanınAzərbaycanla çoxlarının məhv etməyə çalışdığı dostluq münasibətlərini saxlamağın yollarını tapacağını vurğulayıb.
Xatırladaq ki, iyunun 27-də Rusiyanın güc strukturları əməkdaşları Yekaterinburqda azərbaycanlıların 10-dan çox mənzilində axtarış apararaq, 50-yə yaxın adamı saxlayıb. Bu zaman hüquq-mühafizə orqanlarının vəhşi və qanunsuz əməlləri nəticəsində saxlanılan Ziyəddin və Hüseyn Səfərov qardaşları dünyasını dəyişib. İlkin məlumata görə, onların ölümləri döyülmə və mümkün işgəncələr nəticəsində baş verib.
Hadisə ilə bağlıAzərbaycanın Baş Prokurorluğucinayət işi açıb.
Sahil İsgəndərov
AzVision.az