EN

Bakıdan hüquqi yardım istənilməyib - RƏSMİ

"Azərbaycanlıların saxlanılmasına səbəb göstərilən cinayət işləri üzrə rəsmi Bakıda hansısa hüquqi yardım istənilməyib".

"Cebheinfo.az" xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, azərbaycanlıların işgəncəyə məruz qalmasına 2001, 2010 və 2011-ci ildəki hadisələr səbəb göstərilib:

"Söhbət üç cinayət işindən - ölümə cəhd hadisəsi və digər hadisələrlə bağlıdır. Həmin hadisələrin heç biri üzrə Azərbaycanın hüquq-mühafizə orqanlarına hər hansı hüquqi yardım üçün müraciət olunmayıb".

"Cebheinfo.az" 

 

Chosen
5
12
cebheinfo.az

10Sources