EN

Qadınların əmək bazarında müvafiq yerə sahib olması diqqət mərkəzindədir - AİB nümayəndəsi

Laçın. TurkicWorld:

Qadınların əmək bazarında müvafiq yerə sahib olması diqqət mərkəzindədir.

TurkicWorld xəbər verir ki, bunu Asiya İnkişaf Bankının Azərbaycan üzrə nümayəndəsi Fərəc Hüseynbəyov ilk dəfə Laçında keçirilən İƏT-in Qadınlar Forumunda deyib.

Onun sözlərinə görə, qadınların bacarıqlarının inkişaf etdirilməsi, rəqəmsal biliklər, texniki və peşə bacarıqları üzrə təlim kursları təşkil edilməsi əsas hədəflərdəndir:

"Məqsədimiz keyfiyyətli iş yerlərinin yaradılmasıdır, həmçinin qadınlar üçün qeyri-ənənəvi olan peşələrə cəlb olunma imkanlarının yaradılmasıdır. Əlbəttə ki, biz təhsillə bağlı olan maliyyə dəstəklərimizi daha da artırırıq və bundan sonra da çalışırıq ki, bu baxımdan olan göstəricilər daha da yaxşılaşsın. Vətəndaş cəmiyyətinin qurulması, özəl sektorla iş birliyi, yaxşı təcrübənin bölüşdürülməsi, genderi nəzərə alan innovasiyalar sahəsində biz hər zaman fəaliyyət göstəririk. Asiya İnkişaf Bankı daim üzv dövlətlərə gender bərabərliyinin təhsil sektorunun planlarına daxil edilməsinə dəstək verir ki, təhsil sahəsində göstərilən xidmətlərdə də gender bərabərliyi nəzərə alınsın. Asiya İnkişaf Bankı daim üzv dövlətlərə gender bərabərliyinin təhsil sektorunun planlarına daxil edilməsinə dəstək verir ki, təhsil sahəsində göstərilən xidmətlərdə də gender bərabərliyi nəzərə alınsın".

F.Hüseynbəyov qeyd edib ki, yaşıl iqtisadiyyata keçid böyük imkanlar açır, lakin qadınlar da bu sahələrə təşviq edilməlidir:

"Asiya İnkişaf Bankı yaşıl bacarıqların qadınlar arasında təşviq olunması məqsədilə milli yaşıl inkişaf strategiyaları və proqramların hazırlanması sahəsində öz dəstəyini verir. Biz qadınların əmək bazarında müvafiq yerə sahib olmasına da dəstək veririk. Asiya İnkişaf Bankı gender bərabərliyinə gəldikdə, öz suveren fondlarının 60 faizini bu sahəyə yönəldir".

Chosen
20
1
turkic.world

2Sources