EN

Rusiyada soydaşlarımıza işgəncə verilməsi beynəlxalq hüququn pozulmasıdır –Baş Prokurorluq

Rusiyada yaşayan azərbaycanlıların hüquqları pozulub. Olaylar.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini Samirə Nəcəfzadə məlumat verib.Samirə Nəcəfzadənin sözlərinə görə, Rusiyada azərbaycanlılara qarşı tətbiq olunan işgəncələr təkcə insan haqlarına deyil, eyni zamanda beynəlxalq hüquqa ziddir:
"İşgəncələrin tətbiqi beynəlxalq müqavilələrlə qadağan olunub. Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına üzvdür. Lakin Rusiya bu konvensiyadan çıxıb, bu isə orada yaşayan soydaşlarımızın hüquqlarının daha da müdafiəsiz qalmasına səbəb olur".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
19
olaylar.az

1Sources