EN

Rusiya ilə Azərbaycan arasında olan dostluq münasibətləri son dərəcə vacibdir - Zaxarova

Bakı. TurkicWorld:

Rusiya ilə Azərbaycan arasında olan dostluq münasibətləri son dərəcə vacibdir və ona xələl gətirməyə çalışanlar nə etdiklərini yaxşıca düşünməlidirlər.

TurkicWorld xəbər verir ki, bunu Rusiyanın XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova “Sputnik” radiosunun efirində bildirib.

"Bu məsələdə “əllərini isitmək" istəyənlər çoxdur, elə etsinlər əlləri yanmasın. Çünki məncə, bizim üçün, iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Bu münasibətləri pozmaq istəyənlər isə nə etdiklərini yaxşıca düşünüb-daşınmalıdırlar",- deyə Zaxarova bildirib.

Chosen
16
27
turkic.world

10Sources