EN

Zaxarova: “Rusiya üçün Azərbaycanla dostluq münasibətləri vacibdir”

“Rusiya ilə Azərbaycan arasında dostluq münasibətləri son dərəcə vacibdir, onu korlamaq istəyənlər nə etdiklərini yaxşı düşünməlidirlər”.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

"Bu məsələdə sadəcə olaraq "əllərini isitmək" istəyənlər çoxdur, amma ehtiyatlı olsunlar, yanmasınlar. Çünki bizim üçün, məncə, hər iki xalq üçün dostluq münasibətləri həqiqətən də son dərəcə vacibdir. Onları korlamaq istəyənlər isə nə etdikləri barədə yaxşı düşünməlidirlər", - Zaxarova deyib.

Bizim.Media

Chosen
23
50
bizim.media

10Sources