EN

Tramp özünü ABŞ tarixindəki ən yaxşı prezident adlandırdı

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın ən yaxşı prezidentləri reytinqini tərtib edib və bu siyahıda birinci yeri özü tutub.

Bizim.Media xəbər verir ki, o, bu reytinqi şəxsi sosial media hesabında paylaşaraq açıqlayıb.
 

“Hazırkı ABŞ prezidentinə görə, 45-ci və 47-ci prezident (2017–2021, 2025–…) ən yüksək tanınmağa layiqdir. Trampa verilən qiymət: beş ulduz!” — deyə Tramp özünü tərifləyib.


Tramp Corc Buşu (kiçik) Yaxın Şərqə müdaxiləyə görə “şübhəli lider” adlandırıb. Onun sələfi Co Baydeni isə “ABŞ tarixinin ən zəif lideri” kimi təqdim edib. Barak Obamanı isə “dəhşətli prezident” kateqoriyasında birinci yerə layiq görüb.

Qeyd edək ki, daha əvvəl Tramp bəyan etmişdi ki, ABŞ prezidenti olduğu son bir neçə ayda, Baydenin bütün prezidentliyi dövründə etdiklərindən daha çox iş görüb. O, Baydeni, xüsusilə Ukraynaya verdiyi dəstəyə görə, mütəmadi tənqid edir.

Bizim.Media

Chosen
58
50
bizim.media

10Sources