EN

"Bu, alçaq təxribatdır" - Ərdoğandan sərt açıqlama


Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) parlament fraksiyasının iclasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm fikirlər səsləndirib. Türkiyə lideri “Leman” satirik jurnalında dərc olunmuş Məhəmməd peyğəmbərə aid karikaturanı “alçaq təxribat” adlandırıb. Dövlət başçısı bu antiislam hərəkətdə əli olan hər kəsin qanun qarşısında cavab verəcəyini bildirib.

SİTAT: “Ortada nə satira, nə də yumorla əlaqəsi olan alçaq bir təxribat var. Biz bu qalmaqallı nəşrdə əli olanlara qarşı hüquqi tədbirləri diqqətlə izləyəcəyik”, – Ərdoğan bəyan edib.

Mətləb Salahov

Chosen
13
1
baki-xeber.com

8Sources