EN

53 yaşını qeyd etdi: Qızlarından seçilmir

Türkiyənin tanınmış aparıcı, müğənni və aktrisası Defne Samyeli 53 yaşını qeyd edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki Samyeli zərif duruşu və formada görünüşü ilə sosial şəbəkələrdə böyük səs-küy yaradıb.

Sağlam həyat tərzi, müntəzəm idmanla məşğul olması və ideal bədən quruluşu ilə tez-tez gündəmə gələn aktrisa iki qız anasıdır.

Qızları Derin və Deren Talu ilə birlikdə keçirilən ad günü mərasimində Defne Samyelinin seçdiyi libas böyük maraq doğurub. Xüsusilə dərin dekoltesi ilə diqqət çəkən libas, omba səviyyəsinə qədər enən kəsimi ilə gecənin əsas diqqət mərkəzində olub. İzləyicilərindən “Gənc qızlara rəqib olur” kimi təriflər alıb.

Qeyd edək ki, Defne Samyeli “Kurtlar Vadisi Pusu,” “İstanbullu Gelin” və “Həkimoğlu” kimi seriallarda da rol alıb.

Chosen
60
publika.az

1Sources