EN

İstanbul nəhəngi “Əl Nəsr”in hücumçusunu icarəyə götürür

sport24.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

"Fənərbaxça" "Əl-Nəsr"in hücumçusu Con Duranı icarəyə götürməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Mənbənin sözlərinə görə, 23 yaşlı kolumbiyalı keçidlə bağlı bəzi işləri yoluna qoymaq üçün artıq Türkiyəyə gedib. O, 2025-ci ilin yanvarında "Aston Villa"dan "Əl-Nəsr"ə keçib.

Qeyd edək ki, Duran 2024/25 mövsümündə "Aston Villa" və "Əl-Nəsr"ın heyətində bütün turnirlərdə 47 matçda 24 qol vurub. Onun Səudiyyə Ərəbistanı klubu ilə  müqaviləsi 2030-cü ilin yayında başa çatır. "Transfermarkt" portal  futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
27
15
sport24.az

10Sources