EN

Sumqayıtda arvadını öldürən kişi TUTULDU

Sumqayıtda həyat yoldaşını öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Sfera.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 1982-ci il təvəllüdlü Habil Hüseyn oğlu Bağırovdur.

 

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

 

Qeyd edək ki, ötən gün axşam saatlarında Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Səməd Vurğun küçəsində 1985-ci il təvəllüdlü Aygün Siracəddin qızı Bağırova qətlə yetirilib.

 

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Chosen
1
12
sfera.az

10Sources