EN

Reper Bastanın Azərbaycanda konserti ləğv edilib

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Rusiya prezidentinin xüsusi nümayəndəsi Mixail Şvıdko rus sənətkarları olmadan respublikanın mədəni mühitinin yoxsullaşması ilə bağlı bəyanatına görə sürprizlə üzləşib.Reyting.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bununla bağlı açıqlama yayıb.Azərbaycan XİN qeyd edib ki, Moskva və Bakı arasında ikitərəfli münasibətlərdəki böhran fonunda Rusiyanın iştirakı ilə keçirilən mədəni-kütləvi tədbirlərin ləğvi barədə qərar “adekvat addımdır”. Nazirlik xatırladıb ki, M. Şvıdko özü Bakıya səfərində respublikanın “yüksək mədəni səviyyəsinə heyran olduğunu” ifadə edib. “Onun sözlərinə istinad etsək, reper Basta kimi ifaçıların konsert proqramlarının ölkəmizin mədəniyyət palitrasını zənginləşdirdiyinə inanmırıq. Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq, özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir”,-XİN-nin açıqlamasında bildirilir.Qeyd edək ki, Azərbaycan Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı törədilən “zorakılıq aksiyaları”na görə bir sıra mədəni tədbirləri ləğv edib. Reper Baştanın avqusta planlaşdırılan konserti də o cümlədən.V. QULİYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
50
reyting.az

10Sources