Kaliforniyanın Yolo qraflığında atəşfəşanlıq anbarında güclü partlayış baş verib və nəticədə yanğın baş verib...
Poliqon xəbər verir ki, bu barədə qraflığın şerif idarəsi öz Facebook səhifəsində məlumat verib.
Hadisənin Esparto və Medison şəhərləri ərazisində baş verdiyi bildirilir.
"Yanğınsöndürənlərin və xilasedicilərin öz işlərini təhlükəsiz yerinə yetirmələri üçün hər kəsi ərazidən uzaq olmağa çağırırıq. Hadisə yerinin ətrafında bir mil (1,6 km. - red.) radiusunda təxliyyə zonası yaradılıb", məlumatda deyilir.
Hazırda hadisənin səbəbləri və şəraiti məlum deyil.
Poliqon.info