EN

Süveyş körfəzində neft buruğu aşıb

Bakı. Trend:

Misir neft şirkətinin qazma qurğusu Süveyş körfəzinin sularınadüşüb.

Trend-in məlumatına görə, bu barədə Misir Neft və MineralEhtiyatlar Nazirliyinin bəyanatında bildirilib.

Məlumata əsasən, ölkənin neft və mineral ehtiyatlar naziri KərimBədəvi artıq hadisə yerinə yola düşüb.

"Neft və Mineral Ehtiyatlar Nazirliyi bir müddət əvvəl Süveyşkörfəzindəki Qebel əl-Zeyt sahillərində Adam Marine 12 qazmaqurğusunun çevrilməsi ilə bağlı xəbər alıb. Neft naziri və əməknaziri vəziyyəti qiymətləndirmək üçün artıq hadisə yerinəgediblər", - deyə qeyd olunub.

Qazma qurğusunun hansı səbəbdən çökdüyü məlum deyil.

Misirin “Əl-Youm əs-Sabia” portalı öz növbəsində hadisənəticəsində azı 4 nəfərin öldüyünü, 21 nəfərin isə yaralandığınıbildirib.

Chosen
52
az.trend.az

1Sources