"Hər dəfə səhnəyə çıxacağım anda böyük məsuliyyət hiss edirəm. Bu gün gənclər çox sərbəst çıxırlar, amma səhnədə heç nə edə bilmirlər. Bizim böyük sənətkarımız belə uzun illər o məsuliyyəti hiss edib".
"Ölkə.az" xəbər verir ki, bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva "Həmin Zaur" verilişində deyib. Sənətçi mahnılarını ifa edən gənclərə də tövsiyə verib:
"Düşünürəm ki, məndən sonra da mahnılarım yaşayacaqsa, mən də yaşayacağam. Amma gənclərə bir tövsiyyəm var. Əgər onun öhtəsindən gözəl gələ biləcəksinizsə, ifa edin. Mahnıların qol-qabırğalarını sındırıb, onları məndən qabaq qəbiristanlığa göndərməyin".(Axşam.az)