EN

U-20 AÇ-yə 3 "gümüş"lə start verdi

Azərbaycanın yunan-Roma güləşçiləri İtaliyanın Kaorle şəhərində keçirilən U-20 Avropa çempionatına 3 gümüş medalla başlayıblar.

Fanat.Az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, ikinci yarış günündə 5 çəkidə qaliblər müəyyənləşib.

Turan Daşdəmirov finalda rusiyalı İvan Solominə ilk xal prinsipinə əsasən (1:1), Tural Əhmədov (63 kq) finalda rusiyalı İqor Punçenkoya 1:9, Davud Məmmədov (77 kq) isə finalda gürcüstanlı Anri Putkaradzeyə 1:3 hesabıyla məğlub olub.

Chosen
26
18
fanat.az

10Sources