Yekaterinburqdakı Azərbaycan diasporunun lideri Şahin Şıxlinskinin oğlu Mutvali Şıxlınski sərbəst buraxılıb.
Mia.az APA-ya istinadla xəbər verir ki, Mutvali Şıxlinski bildirib ki, atası ilə birlikdə saxlanılandan bir müddət sonra onu sərbəst buraxıblar.
Xəbər verildiyi kimi, Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski və oğlu Yekaterinburqda hüquq-mühafizə orqanları tərəfindən kobud formada həbs edilib.
Mia.az xəbər verir ki, Rusiya təhlükəsizlik qüvvələrinin Şıxlinskiyə amansızcasına hücum etməsinin görüntüləri yayılıb.