Xəbər verdiyimiz kimi, bu gün “Azərbaycan-Ural” təşkilatının rəhbəri Şahin Şıxlinskinin Yekaterinburqdakı “Baku Plaza” ticarət mərkəzinin yaxınlığında saxlanılmasının görüntüləri yayılıb.
Referans Globalinfo.az-a istinadən xəbər verir ki, videodan göründüyü kimi Azərbaycan diasporasının Uraldakı lideri Şahin Şıxlınski Rusiyanın güc qüvvələrinin göstərişinə uyğun olaraq avtomobilin qapısını açmağa cəhd edir.
Lakin güc qüvvələri təxribat törədərək avtomobilin şüşəsini sındırıb, onu guya məcbur avtomobildən çıxarırlar görüntüsü yaradırlar.
Videonu təqdim edirik: