EN

Sərnişinlər bu marşrut avtobuslarının fəaliyyətindən narazıdırVİDEO

Avtobus sürücüləri sonuncu dayancağa getmir, sərnişinləri yarı yolda düşürür.

Xezerxeber.az-ın məlumatına görə, bunu Binə südçülük sovxozunun “Kanalaltı” deyilən ərazisinin sakinləri deyirlər.

Sakinlər iddia edirlər ki, 190 saylı avtobuslar son dayanacağa gəlməkdən imtina ediblər.

190 saylı marşrut avtobusun sürücüləri isə onlara bu tapşırığın müdiriyyət tərəfindən verildiyini deyirlər.

AYNA-dan sorğumuza cavab olaraq bildirldi ki, 190 saylı marşrutda 11 avtobus 5-7 dəqiqə intervalla fəaliyyət göstərir. Sürücülər bir neçə gün vətəndaşların istəyi ilə avtobusu sonuncu dayanacaqdan təxminən 700-800 metr irəlidə saxlayıb. Lakin artıq avtobuslar öz dayanacağında saxlayır. Hazırda sakinlərin istəyi ilə avtobusun sonuncu dayanacağının yerinin dəyişdirilib-dəyişdirilə bilməyəcəyi məsələsi araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
27
xezerxeber.az

1Sources