EN

Xaçmazda 15 yaşlı oğlan anasını öldürdü

ain.az, Lent az portalına istinadən məlumatı açıqlayır.

Xaçmaz rayonunun Qadaşoba kəndində qətl hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, yeniyetmə oğlan anası 1982-ci il təvəllüdlü Lətifova Kifayət Nadir qızını bıçaqlayıb.

Çoxsaylı bıçaq yaraları alan 43 yaşlı qadın ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.

15 yaşlı E. Lətifov cinayət əməlini törətməkdə şübhəli bilinərək polis tərəfindən saxlanılıb və istintaq orqanlarına təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
20
47
lent.az

10Sources