Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.
Voronejdə tutulduğu barədə xəbərlər yayılan azərbaycanlı sahibkar Yusif Xəlilov azadlığa buraxılıb.
Bu barədə Oxu.Az-a Voronej vilayətinin Azərbaycan icmasının rəhbəri Mehdi Mehdiyev məlumat verib.
Onun sözlərinə görə, Y.Xəlilov 27 iyun tarixində saxlanılmış, lakin elə həmin gün azadlığa buraxılmışdı.
"Hazırda Voronej vilayətində Azərbaycanlılara qarşı hər hansı bir əməliyyat aparılmır, saxlanılan yoxdur", - deyə o məlumat verib.
Fərid Novruzov
20:54
Rusiyanın Voronej şəhərində azərbaycanlı sahibkar Yusif Xəlilov saxlanılıb.
Oxu.Az "Nyusaç" "Telegram" kanalına istinadla xəbər verir ki, o, regionun ən böyük Alekseyevski bazarının həmsahibidir.
Bu məsələ ilə bağlı rəsmi məlumat hələlik yoxdur.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.