EN

Adam Putinlə fotosunu paylaşdı və təşəkkür etdi

Adam

Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov Rusiya Prezidenti Vladimir Putinə müraciət edib və onunla birgə fotosunu Instagram səhifəsində paylaşıb (Meta şirkəti Rusiyada ekstremist təşkilat kimi tanınıb və qadağan edilib).Adam Kadırov paylaşımında Rusiya liderinə çeçen xalqı üçün etdiklərinə görə təşəkkür edib:“Xüsusilə bizim ailə üçün sizin daimi diqqətiniz çox dəyərlidir”, – deyə o bildirib.O, həmçinin vurğulayıb ki, çeçenlər Prezident Putini əsla məyus etməyəcək. Fotoda Adam Kadırov Rusiya Prezidentinin əlini sıxarkən görünür. Görüntünün harada çəkildiyi isə qeyd olunmayıb. Putindən şəxsi təbrik – Adam Kadırov evləndiİyun ayının 28-də Ramzan Kadırov açıqlayıb ki, Prezident Putin onun kiçik oğlu Adam Kadırovu ailə həyatı qurması münasibətilə şəxsən təbrik edib. Kadırov bu təbriki “mükəmməl diqqət nümunəsi” adlandırıb.Kreml bu barədə hələlik rəsmi açıqlama verməyib.Daha öncə Adam Kadırovun toyu haqqında bacısı Ayşat Kadırova məlumat verib. Onun sözlərinə görə, mərasim Ailə kəndləri olan Axmat-Yurtda baş tutub, lakin toy görüntüləri ictimaiyyətə təqdim edilməyəcək.Adam Kadırovun həyat yoldaşı isə eyni kənddən olan Medni adlı bir qızdır.Ulusum.az

Diqqət Çəkənlər

Rusiyada azərbaycanlı xanımı döydülər - ANBAAN GÖRÜNTÜLƏR

Gizem Karaca İlk dəfə Ana Oldu – Körpənin Adı Açıqlandı - FOTO

Ziyəddin və Hüseyn Səfərov qardaşları dəfn edildi

Chosen
23
ulusum.az

1Sources